22 Dekabr 2018 19:05
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb mətbuatı bəzən Azərbaycan haqqında real həqiqətləri çatdırmır, əksinə ölkəmizə ziyan vuran barmaqarası, uydurma “faktları” yazmağa üstünlük verir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi dünyanın ədalətinə ehtiyacı olduğu ağır bir problemi, bir milyondan artıq qaçqın və məcburi köçkünün harayı, torpağımızda oturub bizə göz dağı verən təcavüzkarın həyasızlığı var.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, nədənsə bunlar Qərbin, Qərbi bəzi mətbuat orqanlarının diqqətini cəlb etmir:

”Çünki Azərbaycana Azərbaycanın inkişafına və xalqın rifahına kömək edəcək məsələlərin başında məhz Dağlıq Qarabağ problemi dayanır. Amma mənbəyi bəlli olmayan, sübut edilməsi mümkünsüz olan “faktlar”a söykənərək, iftira dolu yazılar yazılması zənnimcə, Qərbin Azərbaycanla bağlı bəd niyyətindən xəbər verir.

Qərb mətbuatı Azərbaycanın köklü problemlərini gündəmə gətirməlidir. Bu problem də hazırda Ermənistanın Azərbaycana qarşı təcavüzündən, bu təcavüzün qurbanı olan milyonlarla azərbaycanlıdan, onların dağıdılmış, viran edilmiş və dəyəri 350 milyard dollar olan var-dövlətindən, mal-mülkündən ibarətdir.

Məncə, Qərb mətbuatı Azərbaycanın uğurlu gələcəyini görmək istəyirsə, bu problemlərdən yazmalıdır”.

Qeyd edək ki, bu günlərdə Böyük Britaniyanın “The Guardian” qəzetində Azərbaycanın Prezidentinin ailə üzvləri barədə tamamilə iftira və böhtan xarakterli yazı dərc olunub. Bu tipli iftiralar müxtəlif xarici KİV-lər tərəfindən əvvəlki dövrdə də irəli sürülüb, lakin təsdiqini tapmayıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər