BAXCP sədrinin müavini, ictimai fəal Niyaməddin Orduxanlının sosial şəbəkədə paylaşdığı müqayisəli foto diqqət mərkəzinə düşüb.
Teleqraf.com xəbər verir ki, Niyaməddin Orduxanlı Prezident İlham Əliyevin oğlu, hazırda hərbi xidmətini yerinə yetirən Heydər Əliyevin və radikal müxalif Əli Kərimlinin oğlu, hazırda xaricdə yaşayan Türkel Kərimlinin fotolarını bu sözlərlə paylaşıb:
“Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və Londonda yaşayan, əsgərlikdən yayınan Əli Kərimlinin oğlu Türkel Kərimli...”