6 Fevral 2019 13:32
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın yeni rəhbərliyi vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”na qarşı siyasi təqibi davam etdirir. Bu baxımdan, sabiq prezident Serj Sərkisyanın istintaq təcridxanasında 1 mart hadisələrinə görə beş saat dindirilməsi təsadüfi deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası da getdikcə zəifləyir, parçalanmaya məruz qalır:

“Hətta bəzi üzvləri partiya sıralarını tərk edib, Paşinyana tərəf meyllənirlər. Sərkisyanın istintaqa dəvət olunması, onun həbsinə hazırlıq kimi də dəyərləndirmək olar. Rusiyanın əsas adamı və Sərkisyandan da güclü fiqur olan Robert Köçəryan həbs edilirsə, niyə də o həbs edilməsin? Paşinyan bu iki “odioz” fiquru sıradan çıxarmaqla, daxili təzyiqlərdən sığortalanmağa çalışır.

Paşinyan yaxşı bilir ki, bu iki fiquru zərərsizləşdirdikdən sonra daxildə ona qarşı alternativ qüvvə olmayacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, “Qarabağ klanı” Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanla apardığı danışıqlara görə Nikol Paşinyana təzyiq edir:

“Bu baxımdan hesab edirəm ki, Paşinyan bu klanı sıradan çıxara bilsə, Rusiyanın Ermənistandakı mövqeyini xeyli zəiflədəcək. Hesab edirəm ki, Paşinyan il ərzində Qarabağ danışıqlarında fəal olacaq. Lakin burada hədəf nəticəyə yox, cəbhədə atəşkəsi, daxildə isə sabitliyi qorumağa hesablanıb. Amma bu siyasətinə görə, Bakının təzyiqi ilə üzləşə bilər. Bu baxımdan düşünürəm ki, bu il ərzində müsbət dəyişikliklər olmasa, Azərbaycan müharibə variantını masaya qoyacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər