Yaxın günlərdə türk dünyası nümayəndələrindən ibarət böyük bir heyət İraqa səfər edəcək.
Bu haqda məlumatı Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev verib.
Müsahibimiz qeyd edib ki, onun da iştirak edəcəyi səfər dəvəti İraqın regional əlaqələr naziri, İraq Türkmən Haqlarının Müdafiəsi Partiyasının sədri Turhan Müftioğlundan gəlib.
Bədrəddin Quliyev əlavə edib ki, nümayəndə heyəti əvvəl paytaxt Bağdadda olacaq, burada bir sıra görüşlər keçirəcək. Daha sonra isə Mosul və Kərkük şəhərlərinə gedəcəklər və türkmən xalqı ilə görüşlər keçiriləcək.
Onun sözlərinə görə, bu görüşdə məqsəd türk dünyasının tanınmış nümayəndələrinin oğuz türklərinin yaşadığı İraqdakı tarixi torpaqların gəzmək, onlarla tanış olmaq və türk dünyasının dəstək mesajını türkmənlərə çatdırmaqdır.