22 Fevral 2019 12:12
2 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsi tərəfləri məsələnin dinc yolla həllinə hazırlaşdırılır. Son zamanlar vasitəçilərdən münaqişə tərəflərinə həddən artıq yumşaq münasibətin sərginləndiyi də diqqətdən qaçmır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Nezavisimaya qəzeta” yazıb.

Nəşr Ermənistan-Azərbaycan münaqişəsinin hansı prinsiplə həll ediləcəyinə də toxunub:

“Hesab etmək olar ki, “Madrid prinsipləri” masadadır. Uzun illər münaqişənin həll prosesində irəliləyiş yox idi, indisə fəallaşma var. Bəs indini niyə gözləməliydik? Çünki indi münaqişə tərəfləri arasındakı anlaşılmazlıqların aradan qalxdığı hiss olunmağa başlayıb”.

Qəzet Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə keçirən görüşə diqqət ayırıb:

“Düşənbədə İlham Əliyev və Nikol Paşinyan arasında baş tutmuş görüşdən sonra təmas xəttində gərginlik xeyli dərəcədə azalıb. Bundan sonra xalqların sülhə hazırlanması barədə anlaşma əldə edildi. Ən əsas məsələ isə münaqişə tərəflərinin üzərlərinə götürdükləri anlaşmanı yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır”.

Nəşr münaqişə tərəfləri arasında aqressiv ittihamların sayının azaldığını iddia edib və bunun münaqişənin həll prosesinə təkan verəcəyini istisna etməyib:

“İrəvan Ermənistanda keçiriləcək beynəlxalq tədbirdə azərbaycanlı jurnalistlərin iştirakına etiraz etmədi. Üstəgəl, Ermənistan Xarici İşlər Nazirliyi azərbaycanlı jurnalistlərə qeydiyyatdan keçməyə imkan yaratdı. Ermənistanda Azərbaycana yönəlik yumşalma var və bu, hiss olunan səviyyədədir. Erməni telekanallarında Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşacağından bəhs edilir.

Azərbaycan da gözləmə mövqeyindədir və prosesin gedişini həssaslıqla izləyir. Burada da münaqişənin həllinə ümid artıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər