11 Mart 2019 22:49
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Erl Litzenberqeri qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu ilə bağlı fikir mübadiləsi apardılar. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, ələlxüsus Cənub Qaz dəhlizi layihəsi haqda məlumat verdi və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd etdi.

Səfir E.Litzenberq Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ bu layihələrə dəstəyini bəyan etdi. Səfir habelə Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini vurğuladı.

Səfir Erl Litzenberqer etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov ABŞ-ın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər