Azərbaycan Prezidenti cənab İlham Əliyevin 6 fevral 2019-cu il tarixli fərmanı əsasında yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi hal-hazırda öz fəaliyyəti ilə bağlı qeydiyyat və inzibati məsələlərin həlli mərhələsindədir.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O qeyd edib ki, bu mərhələ yekunlaşdıqdan sonra mərkəz tam fəaliyyət göstərəcək:
“Sənədləşmə işləri başa çatdıqdan sonra geniş ictimaiyyət gələcək fəaliyyət istiqamətlərimiz barədə məlumatlandırılacaq. Bütün həmkarlarıma və dostlarıma ünvanladıqları təbriklərə və mərkəzin fəaliyyəti ilə bağlı göstərilən böyük marağa görə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Fərid Şəfiyev Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri olub.