15 Mart 2019 16:17
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünə ev sahibliyi etməyə hazırdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Həmçinin M.Zaxarova məsələnin həssas və kəskin olması ilə yanaşı, bəzən KİV-də təhrif olunmuş məlumatları nəzərə almaqla tələsməməyin məsləhət olduğunu qeyd edib.

“Tərəflər vasitəçilik və ya görüş yeri ilə bağlı müraciət edəndə Moskva bunu həmişə hörmətlə nəzərdən keçirir”, - Rusiya rəsmisi vurğulayıb./Report/


Müəllif: Teleqraf.com