16 Aprel 2019 09:01
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə hansı yolla gəlibsə, o yolla da gedəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Ekspertin fikrincə, baş nazirin hakimiyyətə gəlməsindən keçən bir il ərzində vəd etdiyi islahatları həyata keçirməməsi əks effekt verəcək:

“Təsir əks təsirə bərabərdir. Bir il ərzində verdiyi vədlər istiqamətində hansı işləri görüb, hansı işləri görməyibsə, buna uyğun olaraq da onun əleyhdarlarının sayı çoxalacaq. Nəzərə alsaq ki, Paşinyan küçədən gələn siyasətçidir, atdığı addımlar da siyasi uzaqgörənliyi ilə seçilmir. Bu adam proqnozlaşdırıla bilməyən siyasətçidir. Çünki onun ölçü-biçisi yoxdur. Siyasətdə də bunu heç vaxt sevmirlər”.

Cümşüd Nuriyev qeyd edib ki, dövlət başçısına onun qurduğu strategiyaya uyğun münasibət göstərirlər:

“Paşinyan da hakimiyyətə gələndə bunların heç birini nəzərə almadı. Onun əsas məqsədi varlanmaq idi. Artıq həyat yoldaşı Anna Akopyanın fonduna pul köçürmədikləri üçün insanları həbs etdirməyə başlayıb. Qarabağla bağlı da yalandan, görüntü xətrinə addımlar atır. Görünən isə budur ki, bu adam verdiyi vədlərin heç birini yerinə yetirməyib və yetirmək də istəmir. Adamın əsas məqsədi budur ki, bu qapaqapdan istifadə edib varlansın. Yəqin ki, Ermənistanın ayrı-ayrı şəhərlərində Paşinyana qarşı başlamış pərakəndə etirazlar kütləvi hal alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər