4 May 2019 12:45
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi Anjey Kaspşikin uzun illərdir öz postunda əvəz edilməməsi sual yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert ATƏT nümayəndəsinin İrəvanda Ermənistan müdafiə naziri David Tonoyanla görüşünə diqqət çəkib:

“Kaspşik Ermənistanın müdafiə naziri ilə görüşüb. Maraqlıdır kı, görüş ermənilərin provokasiyasına cavab olaraq hərbçilərimizin açdığı atəş nəticəsində erməni əsgərin başından yaralandığı vaxta təsadüf edib. Görüşdə tərəflər Azərbaycan - Ermənistan sərhədində və təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Məni isə bir şey düşündürür. Bu illər ərzində Kasprşik vəzifəsində münaqişə ilə bağlı nələrə nail olub? Həmsədr ölkələrin nümayəndələri dəyişsələr də, bu vəzifəsində qalır ki qalır. Onu postunda dəyişməz və əvəzedilməz edən nədir?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər