8 May 2019 10:57
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Ali Seçki Komissiyasının İstanbulda bələdiyyə seçkiləri ilə bağlı qərarı yalnız siyasi səhnədə deyil, həm də iqtisadi sahədə Türkiyənin durumunu xeyli pisləşdirib”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, yaranmış problemlərin əvəzini indiki Türkiyə hakimiyyəti ödəyəcək:

“Hazırda baş verənlər hələ görünən sonun başlanğıcdır. Hesab edirəm ki, prosesin gedişində Türkiyədə vətəndaş fəallığı artacaq, müxalifətin daha çevik və geniş konsolidasiyası baş verəcək, iqtisadiyyatın barometrinə çevrilmiş türk lirəsi daha da dəyərdən düşəcək, inflyasiya artacaq, yaşam şərtləri bir az da çəinləşəcək.

Başqa sözlə, perspektivlər Ərdoğan hakimiyyəti üçün yaxşı nəticələr vəd etmir. Hesab edirəm ki, hakimiyyət gözlənilmədən qarşılaşdığı iki pis ssenarinin arasından ən pisini seçdi.

Bu bir daha göstərdi ki, tarixən tiranlar buraxdıqları səhvlərin girovuna çevrilir və avtoritar hakimiyyətlər dağılır. Bir sözlə, məhşur filmdə deyildiyi kimi sonda hər şey gözəl olur. İnanıram ki, Türkiyədə demokratiya qalib gələcək və bütün diktatorlar kimi Ərdoğan da tezliklə hakimiyyətini itirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər