15 May 2019 19:56
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yüksək səviyyədə görüş nəticəsində təmas xəttində zorakılığın azaldığını və başqa müsbət impulsları görürük".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Linn Treysi mayın 15-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəsmiləri arasında təmaslar ruhlandırıcıdır.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi məsələsinə gəlincə səfir deyib ki, hazırda ATƏT-in Minsk qrupu formatında belə bir görüş barədə informasiyaya malik deyil.


Müəllif: Teleqraf.com