31 May 2019 21:00
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi internet resurslarında ölkəmizlə bağlı axtarışların kəskin artmasına səbəb olub.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, bununla bağlı vikipediya – internet ensiklopediyasının müxtəlif dil seqmentlərində müqayisəli axtarış aparıb:

“Əsas kimi “Azərbaycan”, “Bakı” və “Dağlıq Qarabağ” sözlərinin baxılma statistikasına baxdım. “Azərbaycan” məqaləsinə ingilis dilli seqmentdə mayın 28-də 17 min, mayın 29-da 61 min dəfə baxılıb. Onu da deyim ki, bu məqalə seçilmiş məqalə statusundadır. Müqayisə üçün bildirim ki, ingilis dilində “Ermənistan” məqaləsi seçilmiş məqalə deyil. Bu məqaləyə müvafiq olaraq rus dilində iki gün ərzində 2,7 min və 3,5 min dəfə, ispan dilində 2,4 min və 15 min dəfə, italyan dilində 1,5 min və 12,8 min dəfə, fransız dilində 1,3 və 11,3 min dəfə baxılıb”.

A.Mirzəzadə qeyd edib ki, “Bakı” məqaləsinə ingilis dilli seqmentdə mayın 28-də 8 min də baxılıb:

“Mayın 29-a dair informasiya yoxdur. Rus dilində müvafiq olaraq 1,2 min və 2,5 min dəfə, ispan dilində 1,4 min və 13,1 min dəfə, italyan dilində müvafiq olaraq 1,4 min və 22,5 min dəfə, fransız dilində 663 və 10 min dəfə baxılıb.

“Dağlıq Qarabağ” məqaləsinə ingilis dilli seqmentdə mayın 28-də 1,6 min, mayın 29-da 4 min dəfə baxılıb, rus dilində müvafiq olaraq 876 və 1,6 min dəfə, ispan dilində 269 və 1 min dəfə, italyan dilində müvafiq olaraq 251 və 900 dəfə, fransız dilində 317 və 634 dəfə baxılıb”.


Müəllif: Səxavət

Oxşar xəbərlər