5 İyun 2019 13:40
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın danışıqları pozmaq istiqamətində atdığı təxribatçı addımlar davam edir. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfərindən sonra işğalçı ölkənin təxribatları davam etdirməsi, zabitimizin snayperlə vurulması, Ağdam ərazisində hərbi təlimlərin keçirilməsi, Qarabağda separatçılar arasında futbol “çempionatı”nın təşkili, həmçinin işğal zonasında qanunsuz məskunlaşmanın, turizm obyektlərinin tikintisinin aparılması beynəlxalq hüquqa meydan oxumaqdır.

Bu mənada əksər ekspertlər hesab edir ki, işğalçı ölkənin qətlə yetirdiyi bir hərbçimizin əvəzində düşmənin onlarla itki verməsinə nail olmaq lazımdır.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev də hesab edir ki, hər gün işğal zonasından Ermənistana azı 1-2 erməni hərbçisinin cəsədi aparılmalıdır: “Mən demirəm ki, mülki təyyarələr, yaxud helikopterlər vurulmalıdır. Ermənilər terrorçulardır, bu, aydındır. Hətta Xocalıdakı aeroportun özünü vurmaq olmaz ki, orada dinc insan ola bilər. Biz dinc insanlarla müharibə aparmırıq. Amma Xocalı aeroportundakı uçuş zolağını dronlarla dağıtmaq lazımdır. Yaxud baxırıq ki, ərazilərimizdə məktəb, xəstəxana tikirlər. Gündüz fəhlələr işləyir, dinc insanlardır. Amma gecə oranı bombalamaq lazımdır, səhər gəlib görsünlər ki, yerlə bir olub. Yəni işğal altındakı torpaqlarda işğalçıya rahatlıq vermək olmaz! Mən əvvəl də demişəm, əgər biz Rusiya ilə anlaşmamışıqsa, o halda Paşinyanla əldə olunan anlaşmalar ermənilərin xeyrinədir. İndi mən arxada nə anlaşma olduğunu bilmirəm. Əgər başqa razılaşma yoxdursa, ictimaiyyətə açıqlanan razılaşmalardan söhbət gedirsə, bu, faktiki surətdə Ermənistanın xeyrinədir”.

Q.Həsənquliyev bir daha vurğulayıb ki, Azərbaycan Ermənistanla mənasız danışıqlara son verib məhz Ermənistanın ağası ilə, Rusiya ilə danışmalıdır: “Azərbaycan açıq şəkildə ruslara deməlidir ki, əgər siz yenə də etimadsızlıq siyasətini davam etdirəcəksinizsə, artıq biz seçim etmək zorunda qalacağıq. Amma indiki siyasətlə - tarixdə ingilislərlə fransızlar arasında yüz illik müharibə olub – biz yeni rekord müəyyənləşdirəcəyik: yüz illik sülh danışıqları. Fələstinlilər İsrailə rahatlıq vermir, bütün günü Fələstin problemi beynəlxalq aləmin diqqətindədir. Amma Qarabağ dünya birliyinin diqqətində olmayan məsələdir. Mən reallığı bilmirəm, ola bilsin ki, hökumətin bildiyi məsələlər var, böyük müharibə etməyə çəkinirik, amma o halda hər gün düşmən hərbçisi öldürülməlidir! Bizim torpaqlarımızı işğal üçün gələn öldürülməlidir! Mən Xankəndidə ömrü boyu yaşayan hansısa erməninin öldürülməsinə qarşıyam, bu, müharibə qanunlarına ziddir. Amma hansısa erməni Qarabağda, bizə aid torpaqlarda əkin-biçin işləri aparırsa, mən artıq bunu mülki sakin saymıram. O, artıq bizim torpağımıza gəlmiş işğalçıdır, terrorçudur, mənim torpağımı zəbt edib, orda yaşamaq istəyir, demək, onu öldürmək lazımdır. Cəbrayıldakı, Füzulidəki, Qubadlıdakı ermənini öldürmək lazımdır. Çünki orada qanunsuz məskunlaşıb. Onların hamısına hərbçi gözü ilə baxmaq, öldürmək lazımdır, istəyir torpaq şumlayan, istəyir əkin əkən, istəyir inək sağan olsun. İşğalçını öldürərlər də, başını tumarlamazlar ki. Azərbaycan da bunu etməlidir”. /"Yeni Müsavat" qəzeti/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər