Xəzər dənizi məsələlərinə aid növbəti iclas iyulda Tehranda keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Azərbaycan tərəfdən İşçi Qrupunun rəhbəri Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Konvensiya imzalanandan sonra bu, sayca 3-cü görüş olacaq: "Gündəlik dəyişmir. Son sammitdə qəbul olunan qərarlar, konvensiyadan irəli gələn vəzifələr və xüsusilə də baza xəttini müəyyən edən metodikanın müəyyən edilməsi üzrə saziş layihəsinin razılaşdırılması müzakirə ediləcək".