14 İyun 2019 19:04
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşünün mənası odur ki, Kreml əvvəlkitək Baş nazir Nikol Paşinyanla “Qarabağ klanı” arasındakı mübarizədə ikinciyə dəstək mesajını verir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyibş.

Ekspertin fikrincə, rus səfir Kremlin təlimatını yerinə yetirib:

“Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri adətən müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar.

Məsələn, Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb, REAL Hərəkatının və ya Müsavat Partiyasının ofisinə gedib bu siyasi qurumların liderləri ilə fikir mübadiləsi aparıb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Köçəryanın ofisində 1 saat onunla fikir mübadiləsi aparır”.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən biri olan Robert Köçəryan Kreml üçün əziz siyasətçidir:

“Belə olmasaydı, Rusiya prezidenti Vladimir Putin neçə ay əvvəl həbsxanada olan Köçəryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı, baş nazir Rusiya səfirinin Köçəryanla budəfəki görüşünə də sussa, demək ki, dəhşətli dərəcədə Kremldən çəkinir. Elə Köçəryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir.

Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan “Qarabağ klanı” + Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır. O ki qaldı, bizə Köçəryana dəstək verən zehniyyət heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər