26 İyun 2019 17:20
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı gələn il keçiriləcək qondarma seçkilərdə iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bako Saakyanın yerinə Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş general Arşavir Qaramyanın keçəcəyi bildirilib.

Məlumatda bildirilib ki, “seçkilərə” namizəd qismində qatılmağa hazırlaşan general Ermənistanın sabiq prezidenti Robert Köçəryan və Bako Saakyanın dəstəklədiyi şəxsdir.

Arşavir Qaramyan Azərbaycan ərazilərinin işğal edilməsin və 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı tərədilmiş soyqırımın iştirakçısı və təşkilaçılarından biri olub.


Müəllif: Mənsur Rəğbətoğlu