Ermənilərin Quba-Xaçmaz bölgəsində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar onların yəhudilərə qarşı münasibətinin necə olduğunu göstərir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin “The Jerusalem Post” qəzetində ermənilərin ansemitist mövqeyinə dair dərc edilən məqaləsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan monoetnik dövlətdir: "Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır. Sovetlər dönəmində Ermənistan ərazisində yəhudi olmayıb. Bu gün də orada yəhudi yoxdur və olsa belə, çox az halda rast gəlinir. Ümumiyyətlə, bu, bir erməni xislətidir. Onlarda nəinki yəhudilərə qarşı, bütün xalqlara qarşı nifrət var”.
Xatırladaq ki, jurnalist Cessi Boqner “The Jerusalem Post”da dərc olunan məqaləsində son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsinin müşahidə olunduğunu yazıb. C.Boqner nümunə qismində Qüdsdə erməni kilsəsinin 60 seminaristinin Şavuot bayramı ərəfəsində antisemit aksiya keçirdiyini göstərib:
“Bu aksiya xristianların hələ də yəhudilərə hücum etməyə meyilli olduğunu göstərdi və Ermənistanda antisemitizmin artmasının bariz təzahürünə çevrildi”.
Müəllif Ermənistan cəmiyyətində sistemli antisemitizmə dair çoxsaylı sübutların olduğunu qeyd edb. /report/