31 İyul 2019 11:06
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinin qarşısını almaq üçün hərəkətə keçir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert son zamanlar bölgədə baş verən geosiyasi proseslərə diqqət çəkib:

“Batumidə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması tələbi ilə Gürcü Vətənpərvərləri Alyansının keçirdiyi mitinq sübut etdi ki, heç kimin tərəfini tutmaq lazım deyil. Siyasətçilərimiz nə etdiklərini yaxşı bilirlər. Lakin sosial şəbəkə istifadəçilərinin ukraynalılardan daha çox ukraynalı, gürcülərdən daha çox gürcü olmaq istəyi, onların ölkələrinin ərazi bütövlüyünün pozulması məsələsinə “əl qatması”nı həmişə istehza ilə qarşılamışam. Nə gürcü, nə ukraynalı, nə də digəri bizə görə dəri-qabıqdan çıxmaz.

Digər yandan, son zamanlar Cənubi Qafqazda baş verənlər göstərir ki, Kreml Gürcüstan və Azərbaycana kobud şəkildə müdaxilə edərək ABŞ-ın regiona daxil olmasına imkan verməyəcək. Ermənistan isə bu sırada yoxdur. Çünki Paşinyan və komandasının sorosçu olmasına baxmayaraq, hakimiyyətə gəldikdən sonra Qərbə xəyanət etdilər. Beləliklə, tamaşa indi başlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər