Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Teleqraf.com-un qonağı olub.
Əsasən Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndidə panerməni oyunlarının açılışı zamanı etdiyi çıxış ətrafında baş tutan söhbət zamanı bu çıxışın növbəti dəfə erməni baş nazirin məsuliyyətsizliyinə, onun siyasi qeyri-yetkinliyinə dəlalət etdiyi bildirilib. Qeyd olunub ki, bu çıxış N.Paşinyanın növbəti ucuz populizmidir.
Müsahibə zamanı, həmçinin, N.Paşinyanın elan etdiyi Ermənistanın 2050-ci il hədəfləri barədə də danışılıb. Bu hədəflərin utopiyadan başqa bir şey olmadığı vurğulanıb.
Bundan əlavə erməni baş nazirin bu çıxışının Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara hansı formada təsir edəcəyindən bəhs olunub.
Video-müsahibəni təqdim edirik.