Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sabah Parisə yollanacaq.
Teleqraf.com xəbər verir ki, Parisdə keçiriləcək toplantıda miqrant və deportasiya zamanı itkin düşmüş uşaqların sığınacaq problemləri, miqrantlar üçün Breksitin nəticələri, qaçqın və miqrant hüquqları ilə məşğul olan qeyri-dövlət təşkilatlarının vəzifələri, məcburi köçkünlərin beynəlxalq müdafiəsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
İclas çərçivəsində Sahibə Qafarovanın “Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda hazırladığı məruzə ətrafında dinləmələr keçiriləcək və cari məsələlərə baxılacaq.