“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnaməsinin layihəsi BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyinə salınıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.
Qeyd olunur ki, ötən il bu qətnamə 73-cü sessiyanın gündəliyində yer almamışdı.
Layihənin 74-cü sessiyanın gündəliyinə salınması barədə yekun qərar Assambleyanın bu məsələ ilə bağlı atacağı mümkün addımlardan asılıdır.
Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də işə başlayacaq.