24 Sentyabr 2019 15:53
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sədri Oqtay Əsədov sentyabrın 24-də Nur-Sultan şəhərində ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ilə görüşüb.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, Oqtay Əsədov Milli Məclisin ATƏT Parlament Assambleyası ilə əməkdaşlığının inkişafından məmnunluğunu bildirib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Milli Məclisin Sədri səmərəli dialoqun davam etdirilməsinin önəmini vurğulayıb.

Georgi Tsereteli Azərbaycana səfərini və ölkəmizdə keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırlayıb. O bildirib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir.

Söhbət zamanı Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyi və qurumun fəaliyyətinə mühüm töhfə verdiyi qeyd edilib, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər