30 Sentyabr 2019 12:28
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz və növbədənkənar sesiyaları uğurla başa çatdırıb. Parlament Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün lazım olan bütün addımları atıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxış edən spiker Oqtay Əsədov deyib.

Milli Məclis sədri əlavə edib ki, yaz və növbədənkənar sessiya dövründə Milli Məclisin üzvləri 35 xarici ölkəyə və beynəlxalq təşkilatlara səfər edib. Eləcə də 42 təşkilatın nümayəndələri Milli Məclisdə səfərdə olublar.

Bu müddətdə Milli Məclis xətti ilə Bakıda 4 mühüm tədbir keçirilib.

Oqtay Əsədov əlavə edib ki, parlamentin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı hazırlanara deputatlara təqdim edilib: “Əminəm ki, payız sessiyası da uğurlu olacaq. Bu işdə sizə uğurlar arzu edirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər