11 Oktyabr 2019 18:14
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin Aşğabadda etdiyi çıxışı diqqətlə izlədim. Çox möhtəşəm çıxış etdi. Hər şeydən əvvəl II Dünya Müharibəsi illərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolunu təqdim etdi. Təqdimat çox uğurlu idi.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Aşğabadda MDB dövlət başçılarının zirvə toplantısında etdiyi çıxış haqqında danışarkən deyib.

Deputat bildirib ki, Prezident Əliyev çıxışı zamanı nasistlərlə əməkdaşlıq edən şəxslərin keçmiş SSRİ ölkələrində qəhramanlaşdırılması faktlarını açıqlayıb: “Prezident açıq formada bildirdi ki, belə ölkələrdən biri Ermənistandır. Qeyd etdi ki, Ermənistanın keçmiş rəhbərliyi faşistlərlə əməkdaşlıq edən şəxslərə abidə qoyur və abidəsi qoyulan şəxslərdən biri də Qaregin Njdedir. Hesab edirəm ki, prezidentimiz Aşğabaddakı platformadan həqiqətlərin çatdırılmasından uğurla istifadə etdi”.


Müəllif: Cavad