8 Noyabr 2019 19:06
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamenti Dağlıq Qarabağda işğalçı Ermənistanın qurduğu separatçı rejimin nümayəndələri Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfərilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda qeyd olunur: “Adıçəkilən şəxslərin bu səfəri həyata keçirilsə belə, sırf şəxsi xarakter daşıyıb. Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxslərilə hər hansı görüş keçirilməyib”.

Bəyanatda Rusiyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığına görə qanunsuz rejimin “nümayəndələrinin” rəsmi qurumlar tərəfindən suveren dövlətin diplomatik missiyası qismində qeydiyyata alınmadığı da qeyd olunur.

“Biz öz tərəfimizdən həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də milli baxımdan Azərbaycan və Ermənistanla münasibətlərimizi nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyik”,- Rusiya XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Rusiyaya nota verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər