2 Dekabr 2019 11:53
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Jalə Mütəllimova Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının müşaviri təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə yazıb.

Jalə Mütəllim qızı Mütəllimova 1976-cı ildə Zərdab şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və ədəbiyyatı fakültəsinin məzunudur.

1993-1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib.

2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə "Azərbaycan Dövlət Televiziyası və Radiosu" Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də yenidən fəaliyyətə başlayıb.

2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarıdır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyində, “Təhsil TV”də və “Azərbaycan müəllimi” qəzetində layihə təhbəri, yazar olaraq fəaliyyətdədir.

2019-cu ildən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun dəstəkləyən, sosial ədalətsizliklərin göstəricisi olan məsələləri işıqlandırmaq üçün jalebloq.az saytını yaradıb, fərdi bloq fəaliyyəti ilə məşğuldur. Ailəlidir, üç övladı var.


Müəllif: Teleqraf.com