11 Yanvar 2020 14:13
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran hakimiyyəti Ukrayna hava yollarına məxsus “Boinq” sərnişin təyyarəsini səhvən vurduğunu etiraf etdi. ABŞ və Kanada isə Tehrandan əvvəl təyyarənin İran tərəfindən vurulduğunu bildirsə də, qarşı tərəf bunu inkar edirdi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, məlum olaydan sonra İranın hərbi hava qüvvələrinin nə qədər koordinasiyasız və elementar bir sərnişin təyyarəsini ayırd edə bilməməkdə səriştəsiz olduğu sübuta yetirildi:

“Bir neçə gün bundan əvvəl İranın İraqda ABŞ bazalarına atdığı raketlərin hədəfi düzgün nişan almamasından aydın göründü ki, İran Amerika ilə geniş miqyaslı hava savaşına hazır deyil.

Həmçinin bu iki olay göstərdi ki, iddiasının əksinə olaraq, İran Silahlı Qüvvələri yüksək texnologiya və dəqiqliyə sahib deyil. Sərnişin təyyarəsinin səhvən vurulması isə o ehtimalı yaradır ki, Tehrandakı rejimi öz hava sahəsində olan bütün cisimləri “düşmən obyekti” kimi nişangahda saxlayır.

Azərbaycan isə İrana hərbi müdaxilənin olmasında maraqlı deyil və bunun region üçün mənfi nəticələrə gətirəcəyinin fərqindədir.

İranın atdığı hərbi və düşünülməmiş addımlar bölgədə humanitar fəlakətlərə yol açır. Bu baxımdan, Ukrayna təyyarəsinin vurulması sıradan və səhvən baş vermiş hadisə kimi qiymətləndirilməməlidir. Bu, İrandak dini-siyasi sistemin nə qədər təhlükəli olduğunun göstəricisidir. Bu, ABŞ-a da mesaj ola bilər ki, sizin sərnişin təyyarələriniz də bizim hədəfə tuş gələ bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər