22 Yanvar 2020 11:52
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İttifaqı (Aİ) Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayır".

Bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

“Seçkilər dünyanın əksər ölkələrində, o cümlədən Avropa İttifaqı ölkələrində keçirilən normal prosesdir. Onların beynəlxalq standartlara uyğun keçiriləcəyi gözlənilir. Bu baxımdan Azərbaycanın ATƏT DTİHB və AŞPA beynəlxalq müşahidəçilərini seçkilərə dəvət etməsini alqışlayırıq”, - səfir deyib.

K.Yankauskas qeyd edib ki, Aİ əvvəl olduğu kimi, Azərbaycanın yeni parlamenti ilə də işləməyə hazırdır./Report/


Müəllif: Teleqraf.com