Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Qerasimov və NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı Tod Uolters arasında danışıqları təxminən 6-7 fevral tarixlərində Bakıda keçirmək planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbə bildirib.
"Qarşıdan gələn həftə, təxminən 6-7 fevral tarixlərində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, Müdafiə Nazirinin birinci müavini ordu generalı Valeriy Qerasimov ilə NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı, Amerikalı general Tod Uolters arasında danışıqlar planlaşdırılır. Görüşün gündəliyi barədə yalnız tərəflər bilirlər. Bakı ənənəvi görüş yeridir", - deyə bildirilir.