3 Fevral 2020 14:44
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Frenk Şvabenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkilərinin gedişini müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

Teleqraf.com secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə AŞ PA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müşahidə missiyası fevralın 7-də Bakıya gələcək.

Seçki günü AŞ PA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.

Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər