5 Fevral 2020 19:09
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçirilib:

"Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərində düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır".


Müəllif: Teleqraf.com