Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası iclası çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və qurumun baş katibi Bağdad Amreyev ilə görüşlər keçirib.
Teleqraf.com xəbər verir ki, tərəflər təşkilat çərçivəsində əməkdaşlıq perspektivlərini və onun gələcək inkişafını müzakirə ediblər.