6 Fevral 2020 17:30
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Stadler Rail AG” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilərək, Azərbaycanın “Stadler Rail AG” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirilib.

Görüşdə həmçinin Azərbaycanın Davos Dünya İqtisadi Forumu ilə fəal əməkdaşlığına toxunulub, Prezident İlham Əliyevlə Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Azərbaycanda yaradılması haqqında niyyət protokolunun imzalanmasının önəmi qeyd edilib. Məhz Azərbaycanın regional mərkəz seçilməsi Forum tərəfindən ölkəmizdə həyata keçirilən inkişaf proseslərinə verilən qiymət kimi dəyərləndirilib. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı reytinqində dəmir yolu xidmətlərinin səmərəliliyinə görə ölkəmizi dünyada 11-ci yerə layiq gördüyü vurğulanıb.

***

12:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da “Stadler Rail AG” şirkətinin direktorlar şurasının sədri Peter Spuhleri qəbul edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər