Sabah saat 8-də təşviqat başa çatır. Həmin vaxtdan tez təbliğat lövhələrini heç kim götürə bilməz.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına indiyədək ümumilikdə 47 şikayət daxil olub. Ancaq bu şikayətdə maraqlı subyektlərin sayı 54 nəfərdir.
MSK səsvermə günündən sonra da daxil olan şikayətlərə operativ şəkildə baxılacağını vurğulayıb.