9 Fevral 2020 12:58
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə keçirilən seçkilərdə saat 12:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, bu saatadək ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək seçki dairəsidir. Bu dairədə 47,7 faiz (46 min 225 seçicidən 18 440 nəfər) seçici fəallığı qeydə alınıb.

Hələlik ən passiv dairə 29 saylı Səbail seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 10,2 faiz (30 min 534 seçicidən 4162 nəfər) təşkil edib.


Müəllif: Səxavət