13 Fevral 2020 12:08
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edilib, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulanıb və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər