14 Fevral 2020 15:24
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-də Bakıda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Təşkilatın baş katibi Vladimir Norov Prezident İlham Əliyevlə görüşdə məlumat verib.

Görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq”, - deyə baş katib qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər