11 Mart 2020 15:53
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan və Türkmənistan səfirliklər üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında razılaşıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında Saziş"i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzalayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər