Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər gücləndirilmiş rejimdə işləyir: “Buna görə də həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər”.
Musa Quliyev eyni zamanda bildirib ki, ajiotaja ehtiyac yoxdur və effektiv tədbirlər həyata keçirilir: “İnsanlarımız da öz üzərinə düşəni etməlidir”.