2 Aprel 2020 19:25
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin 19 mart sərəncamı Koronavirus (COVID-19) pandemiyasının ölkə həyatının bütün sahələri üzrə törədə biləcəyi fəsadların qarşısını almaq üçün vaxtında verilmiş əhatəli bir sərəncamdır. Sərəncama diqqətlə nəzər yetirsəniz, orada İqtisadiyyat nazirinin, Maliyyə nazirinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin və Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə müxtəlif İşçi Qrupları yaradılmışdır. Hər İşçi Qrupunun da qarşısında konkret vəzifələr qoyulmuşdur. Bu sərəncamda, heç şübhəsiz, koronavirus səbəbindən ziyana düşən orta və kiçik sahibkarlığa, həmçinin əhalinin həssas qrupunun sosial müdafiəsinə dəstək məsələləri önəmli yer tutur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, araşdırmaçı alim Əziz Ələkbərli deyib.

Millət vəkilinin fikrincə, məlum sərəncamla Covid-19 infeksiyasına görə ziyana düşən orta və kiçik sahibkarlığa, habelə əhalinin az təminatlı qrupuna maliyyə dəstəyi göstəriləcək.

Əziz Ələkbərli xatırlaıdıb ki, bu günlərdə Prezident İlham Əliyevİin bu məsələlərlə bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etməsi, müvafiq göstərişlər verməsi bir daha sübut etdi ki, bütün proseslər nəzarət altındadır:

“Təbii ki, pandemiya, bütün dünyanı olduğu kimi, ölkəmizi və xalqımızı da qəfil yaxalamışdır və bu səbəbdən insanlarımız bir qədər çaşqınlıq içindədir. Operativ Qərargahın tələblərinə əməl edərək, hər kəs özünü, doğmalarını və həmvətənlərini qorumaq, ölkəmizdə bu xəstəliyə yeni yoluxmalara yol açmamaq üçün özünütəcrid rejiminə əməl etməyə çalışır. Amma bu məsələ insanların müxtəlif qruplarında müəyyən suallar da doğurur: bəs biz necə dolanacağıq, bizə yardım olacaqmı? Axı heç də hamı dövlətdən, özəl sektordan maaş almır, günəmuzd çalışanlar, heç çalışmayanlar da var. Ona görə də cənab Prezidentin 19 mart sərəncamına diqqətlə baxmaq lazımdır. Burada əhalinin bütün sosial təbəqələrinin təminatı nəzərə alınmışdır. Yəqin ki, cənab Prezident İqtisadiyyat nazirindən sonra bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirini də qəbul edəcək və bu sahə ilə bağlı da müvafiq addımlar atılacaq.

İnsanlarımız bir məsələyə tamamilə əmin ola bilərlər ki, ölkə başçımız pandemiya təhlükəsi yarandığı ilk gündən millətimizin və dövlətimizin hər sıra nəfərinin sağlamlığı naminə dövlətin bütün maddi və mənəvi resurslarını səfərbərliyə alıb və indiyə qədər olduğu kimi, bundan sonra da insanlarımızın sosial təminatı üçün əlindən gələni edəcəkdir. Dövlətimiz milyardlar xərcləyərək öz vətəndaşlarını pandemiya pəncəsindən xias edəcək. Bu gün hər kəs dövlətinə, prezidentinə inanmalı, güvənməli, qoyulan qaydalara əməl etməlidir. Yerli icra strukturlarının, yerli sahibkarların, imkanlı adamların da üzərinə böyük vəzifələr düşür. Bəzi rayonlarımızda məmurlar öz vəzifələrinin öhdəsindən gələ, insanlarla işləyə, onlardakı çaşqınlığı aradan qaldıra bilmirlər, əksinə, onlardan qaçmağa üstünlük verirlər ki, bu, yolverilməzdir. Bunlar da tezliklə aradan qalxacaq. Dövlət vətəndaşının yanındadır”.


Müəllif: Cavad

Oxşar xəbərlər