18 Aprel 2020 10:48
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilk günlərdən koronavirusla bağlı mübarizədə kifayət qədər qətiyyət nümayiş etdirdi. Digər dövlətlərlə sərhədlər bağlandı, paytaxt Bakı qapalı şəhər elan edildi, karantin rejimi tətbiq olundu, aprelin 6-dan etibarən karantin gücləndirilmiş rejimə keçdi, "evdə qal" prinsipi ilə əhalinin özünün təcridetmə siyasəti reallaşdırılmağa başladı. Bu siyasətin həyata keçirilməsi nəticəsində koronavirus infeksiyasının yayılması lokallaşdı və vəziyyətə Nazirlər Kabineti yanında yaradılmış Opeartiv Qərargah, bütövlükdə isə ölkə rəhbərliyinin tam nəzarəti tətbiq edildi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ölkə başçısı operativ və çevik qərarlarla COVID-19 infeksiyasına qarşı səmərəli mübarizənin aparılmasında ciddi rol oynadı:

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ilkin olaraq Prezidentin ehtiyyat fondundan 20 milyon manat vəsaitin ayrılması, ölkə başçısı və birinci vitse-prezidentin 1 illik əmək haqlarını ianə etməsi, Azərbaycan xalqının həmrəylik duyğularının oyanması, xalqımızın ölkə rəhbərliyinin ətrafında daha da sıx birləşməsində aparıcı rol oynadı. Həmin Fonda 120 milyon manatdan çox pul toplanılıb və yeni ianələr daxil olmaqda davam edir”.

Qabil Hüseynli qeyd edib ki, diqqəti daha çox çəkən məqam Prezident İlham Əliyevin sosial proqramlarla bağlı verdiyi qərarlardır:

“Əhalinin həssas qrupları, işsizlər və yaşlıların sosial rifahına yönəldilmiş ciddi sosial proqramlar qəbul edildi. Bu, öz əyani ifadəsini karantin rejiminə görə işini itirən, qeyri-formal işləyən, eləcə də işsizlər üçün pandemiya dövründə minimum yaşayış səviyyəsində birdəfəlik aylıq 190 manat yardımın ayrılması, həmin yardımın davam etdiriləcəyinə dair bəyanatın verilməsi, sosial müavinətə ehtiyacı olan əhali qrupunun miqyasının genişləndirilməsi barədə qərar qəbul edilməsi və bundan sonra müavinətlərin daha da artılacağı barədə verilən vədlərdə özünü göstərdi. Ölkədə tibb sahəsinin maddi-texniki bazasının yenilənməsi, müasir standartlara cavab verən avadanlıqların alınması, bəzilərinin istehsalının ölkədə təşkil edilməsi Azərbaycanı ən qabaqcıl dövlətlərlə müqayisə etməyə imkan verdi. Bu gün Azərbaycan özünü tibbi maskalarla təmin etməklkə yanaşı, istehsal da edir. Çarpayılarının sayına görə koronavirusa yoluxan xəstələri qəbul etməyə hazır olan, tikilməkdə olan modul tipli 6 xəstəxanı da əlavə etsək, Azərbaycanın nəinki bölgədə, həm də bir çox ölkələrlə müqayisədə öndə olduğunu demək mümkündür. Prezidentin də dediyi kimi, ölkə əhalisinin sağlamlığı dövlət üçün əsasdır”.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq az itkilərlə böhrandan çıxmanın yolları da tapılmaqdadır:

“Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransfa ölkə iqtisadiyyatının neftdən asılılığının zəiflədilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi tədbirlər görülməsi müəyyənləşdirildi. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlərin daha da artırılması barədə müavafiq tapşırıqların verilməsi deyilənlərə misaldır”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər