23 Aprel 2020 19:28
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan Respublikasının Ali Məhkəməsinin İlqar Məmmədovun və Rəsul Cəfərova bəraət verilməsinə dair çıxardığı qərarları alqışlayıb.

Avropa Şurasının baş katibi bununla bağlı bəyanat yayıb.

"İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən bəraət alması alqışlanmalıdır”, - bəyanatda qeyd olunub.

M.Peyçinoviç-Buriç bu qərarların məhkəmə qərarlarının icrasına nəzarət kontekstində Komitə tərəfindən nəzərə alınacağını bildirib.

Baş katib Avropa Şurasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu da vurğulayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər