28 Aprel 2020 18:53
2 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

On ildən çoxdur SSRİ-nin bərpasına dair fikirlər səslənir. Bunu daha çox Rusiya KİV-i gündəmə gətirir. Gah kahin Vanqanın adı ilə, gah da digər formalarda mövzu gündəmə daşınır. SSRİ-nin bərpa olunması iddiaları əslində dünyada yeni rəqabətin göstəricisidir. Ola bilsin ki, rəqabətin güclənməsini istəyən “dərin dövlətlər” SSRİ-yə bənzər dövlətin qurulmasında maraqlıdır. Çünki Çin bu işi bacara bilmədi. Daha doğrusu, ABŞ Çini özünə rəqib ölkə kimi qəbul etmir. Bunlar keçmiş sovetlərin 15 respublikasından başqa daha üç dövləti də bura qatırlar. Finlandiya, Norveç və İsveçi. Nəyin əsasında belə fikirlərin gündəmə gətirildiyi və bi yöndə siyasətin aparıldığı bəlli deyil.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Politoloq məşhur Məhəmməd Sadiq Əfqan adlı birinin olduğunu xatırladıb və deyib ki, bu şəxs riyazi hesablamalarla SSRİ-nin dağılmasını, Ukraynanın parçalanmasını, koronavirusla bağlı məsələləri öncədən deyib:

“İndi də guya SSRİ-nin bərpa edilməsinə həmin Məhəmməd Sadiq də girişib və hesablayıb deyir ki, bərpa olunacaq. Burada daha bir məqam var, dünyanın gələcəyi ilə bağlı sənədli filmində də bu barədə bəhs edilir və SSRİ-nin bərpası kimi 2024-cü il qeyd edilir. Ən qəribəsi odur ki, bunun daha çox Putinin əli ilə edilməsi gündəmdədir. Əlbəttə, SSRİ-nin bərpa edilməsini istəyənlər də çoxdur. Bunu daha çox Rusiya istəyir. Çünki Rusiyanın Avropa hissəsi daha çox itirib. Mərkəzi Asiya ölkələrinin isə çıxışı yoxdur. Burada əsasən, Mərkəzi Asiya, Qafqaz respublikaları, Ukrayna, Belarus və Moldovadır. Pribaltika ölkələri artıq gedib. Bu dəqiqə Belarus-Rusiya qarşıdurması var. Ukraynanın mövqeyi ortadadır. Bəlkə də koronavirus da buna xidmət edən layihədir. Amma bu məsələ gündəmdədir. SSRİ-nin bərpası müstəqil ölkələrin müstəqilliyini itirməsi deməkdir. Fikrimcə, bunlar MDB məkanında konfliktləri də bu çərçivədə həll etmək istəyir. Nədənsə birdən-birə Lavrovun çıxışında ərazi məsələsini, sərhədlərin yox olması ideyasını gündəminə gətirirlər. Bu qorxulu prosesdir. Mən bunu arzu etmirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər