Milli Məclisin aparatında struktur islahatları başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
O, xatırladıb ki, aprelin 20-də Milli Məclis aparatının buraxılması haqqında sərəncam imzalayıb: “Bu müddət ərzində Milli Məclis aparatında işləyən hər bir əməkdaşın fəaliyyəti ətraflı təhlil edilib, qiymətləndirilib”.
Spiker deyib ki, artıq Milli Məclisin aparatı və İşlər İdarəsi yenidən qurulub. Onun sözlərinə görə, bəzi əməkdaşlar ixtisara düşüb: “Əminəm ki, yeni struktur islahatları parlamentin keyfiyyətli fəaliyyətinə təsir göstərəcək”.