Böyük Vətən müharibəsi illərində bir sıra erməni ictimai-siyasi xadimlərinin və ayrı-ayrı qruplarının nasist Almaniyasının kəşfiyyatı ilə əlaqələrinin olmasına dair çoxlu sayda rəsmi arxiv sənədləri var. “Njde” təxəllüslü Qaregin Ter-Arutyunyan və “Dro” təxəsllüslü Drastamat Kanoyan haqqında sovet xüsusi xidmət orqanlarının hazırladığı məlumatlar bunu təsdiq edir.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
O qeyd edib ki, sözügedən şəxslər və digərləri təkcə 1914-1920-ci illərdə türkləri kütləvi şəkildə qətlə yetirməyiblər, eyni zamanda müharibə illərində yəhudiləri, rusları və digər slavyan xalqlarını da öldürməyə dair çağırışlar ediblər. Nəinki çağırış ediblər, onun həyata keçirilməsində də yaxından iştirak ediblər:
“Yəhudilərə qarşı holokostun törədilməsində də ermənilərin əli var. Erməni qruplarının əli Baltikyanı xalqların, gürcülərin və digərlərinin də qanına batıb. Bu gün Ermənistanda neonasizmin dövlət siyasəti olması, Njdeyə abidə qoyulması, adına küçə verilməsi təsadüfi deyil”.
Musa Qasımlı qeyd edib ki, Nikol Paşinyan da həmin qanın və ideologiyanın daşıyıcısıdır:
“Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir. Hitler Almaniyası işğal etdiyi ərazilərdən əhalini qovmurdu, qədim tarix və mədəniyyət abidələrini dağıtmırdı. İşğalçı Ermənistan isə Azərbaycan ərazilərində və Azərbaycan xalqının tarixi torpağı olan indiki Ermənistan ərzilərind xalqımıza aid olan hər şeyi şey tarixdən silib, qəbiristanlıqları dağıdıb”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşıb. Ermənistan ictimaiyyətinin nümayəndləri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda Hitler Almaniyası tərəfdən vuruşub. Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Enokovan kəndindən müharibədə Nikol Paşinyan ad-soyadlı iki nəfər iştirak edib. Onlardan biri Qızıl Orduda, digəri Vermaxtda qulluq edib. Vermax tərəfində döyüşən Nikol Paşinyan baş nazirin babası deyil.
Lakin Müdafiə Nazirliyinin bu təkzib məlumatı sosial şəbəkə istifadəçilərini qane etməyib. Onlar Nikol Paşinyanın babasının nasist Almaniyasının tərəfində döyüşməsi barədə arxiv məlumatlarının saxtalaşdırıldığını bildiriblər.