20 May 2020 16:42
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan sosial dövlətdir, sosialyönümlü layihələrin həyata keçirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. Bu yöndə addımlar bu gündən etibarən atılmır, cənab Prezident 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə qeyd etdi ki, bizim apardığımız siyasətin mərkəzində vətəndaş dayanır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Nizami rayonunda DOST Mərkəzinin açılışında sosial sahədə görülən işlər barədə söylədiyi fikirlər haqda Teleqraf.com-a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev belə deyib.

Onun sözlərinə görə, dövlətin yürütdüyü sosial siyasət Azərbaycan vətəndaşının rifahına, ailələrin yaxşı yaşamasına yönəlib:

“Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun vətəndaşıdır. Dövlət öz vətəndaşının inkişafına həmişə böyük diqqət ayırır, bu səbəbdən də sosial siyasət Azərbaycan dövləti üçün prioritetdir. Cənab prezident hələ ilk dəfə seçildiyi dövrlərdəki çıxışlarından birində qeyd etdi ki, neftdən gələn gəlirləri insan kapitalına yönəldəcəyəm. Məsələn, elə DOST Mərkəzinin, ASAN Xidmətin fəaliyyətə başlaması göstərdi ki, bu ?intellektual məhsulun nəticəsidir. Eyni zamanda, Azərbaycan vətəndaşının intellektual potensialının göstəricisidir. Bunlar təsadüfən baş vermir.

Bu gün Azərbaycan öz məhsullarını dünya ölkələrinə icrac edirsə, eyni zamanda, intellektual potensialının göstəricisi olan əqli məhsulu da ixrac edir. Bunlardan biri də ASAN Xidmətdir. ASAN Xidmət və ya DOST Mərkəzinin fəaliyyəti bürokratik əngəllərin aradan qaldırılmasına çox böyük təkan verdi. İstər-istəməz dövlət qurumları və məmurlarla vətəndaş arasında problemlər olurdu. Bu insan amilidirsə, problemlər həmişə var. Bax, bunun aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi sosial siyasət çox böyük effekt verir. Bunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanın bu nailiyyətlərindən – ASAN Xidmət, DOST Mərkəzi nümunələrindən istifadə edir, bunlardan öyrənir. Bu da o deməkdir ki, Azərbaycan dünyaya öz əqli məhsullarını da ixrac edir”.

Bəhruz Quliyev hesab edir ki, dövlət tərəfindən həyata keçirilən sosial siyasət insanları qane edir:

“Bu gün bütün dünyanı cənginə alan koronavirus pandemiyası reallığı var. Bu pandemiyanın özünün diktə etdiyi şərtlər, habelə bu şərtlər daxilində dövlətlərin yürütdüyü sosial siyasət də mövduddur. Pandemiya hansı dövlətin güclü, hansının zəif olduğunu açıb göstərdi. Azərbaycanın pandemiyanın birinci mərhələsini az itki ilə başa vurması göstərdi ki, dövlətin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır. İmkansız ailələrə, sahibkarlara yardımların edilməsi, onlara xüsusi güzəştlərin edilməsi, vergi güzəştlərinin tətbiqi kimi tədbirlər Azərbaycan ailəsinin pandemiyadan az zərərlə və itki ilə çıxmasına xidmət edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər