22 May 2020 18:10
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 22-də Xarici İşlər naziri Elmar Məmmədyarovun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonu söhbəti baş tutub.

Bu barədə Teleqraf.com-a XİN-dən məlumat verilib.

Nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahəsində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər