Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, ölkənin Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında qarşıdurma yaratmağa çalışan qrup və bir sıra vətəndaşlar var.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci Kanal”ı məlumat yayıb.
Gürcüstan təhlükəsizlik xidmətinin məlumatında bildirilib ki, bir qrup insan Kvemo Kartli və Kaxeti bölgələrində yaranan sualları etnik nifrət oyatmaq üçün istifadə etməyə çalışır:
“Bir qrup şəxs hər iki tərəfdə milli şərəf və ləyaqəti təhqir edən ifadələr və hərəkətlərə səbəb olan yanlış və təcavüzkar müraciətlər yaymaqla, Gürcüstan və Azərbaycan əsilli Gürcüstan vətəndaşları arasında parçalanma yaratmağa cəhd göstərir.
Bu qrup insanlar ümid edir ki, etnik nifrət oyandırmaq etnik zəmində insan haqlarının pozulmasına səbəb olacaq”.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin irqi ayrı-seçkiliklə bağlı istintaq apardığı bildirilib.