31 May 2020 15:27
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüflər olsun ki, Vahid Əhmədov Dağlıq Qarabağ, Şuşa məsələsində deputatları regionlara bölməyə cəhd etdi. Bu zalda əyləşən deputatlardan əlində silah tutub ermənilərə qarşı döyüşlərdə iştirak edən Elman Məmmədovdan başlayaraq, beynəlxalq səviyyədə ermənilərə qarşı mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı hesab edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı birinci vitse-spiker Əli Hüseynli deyib.

O əlavə edib ki, Aprel savaşında qələbə qazanan Müdafiə Nazirliyini tənqid etmək doğru deyil:

“Biz şəxsi maraqlar naminə Müdafiə Nazirliyi ilə bağlı belə mövqe tutmalı deyilik”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, vitse-spikerlər Fəzail İbrahimli və Adil Əliyevlə birlikdə bu fikirlərlə razıdır.


Müəllif: Cavad